24.7 C
Gence
24.7 C
Gence

Bu gün Gəncəli Əməkdar artist Ramiz Vəliyevin doğum günüdür

Bu gün Gəncə Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Ramiz Vəliyevin doğum günüdür. Bu haqda mədəniyyət ocağının Facebook səhifəsində məlumat dərc edilib.

Ramiz Vəliyev 1959-cu ildə Gəncədə anadan olmuşdur. 1974-cü ildən Gəncə Dövlət Dram teatrında aktyor kimi işə başlayıb, 1981-1985 ci illərdə M.A.Əliyev adına İncəsənət universitetinin Dram və kino aktyoru şöbəsini, Şəfiqə Məmmədovanın tam kursunu fərqlənmə diplomu ilə bitirib.

Ramiz müəllim işlədiyi müddətdə oynadığı bəzi rollar aşağıdakılardır:

“Bəhram şah”da Bəhram şah;

“Şairin məhəbbəti”ndə Məhəmməd;

“Gül və Zəhərdə” ikinci loğman;

“Qızıl zəncirlər”də Usta;

“Məhəbbətin qənimi”ndə Aqil.

Ramiz Vəliyev Respublikanın “Əməkdar artist” fəxri adına layiq görülmüşdür. O, “Qızıl Dərviş” mükafatı laureatıdır. 25 iyun 2013-cü ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Ən Çox Oxunan