Bu gün Birinci Qarabağ müharibəsi şəhidi Məhərrəm Heydər oğlu Həsənovun vəfat etdiyi gündür.
Məhərrəm Heydər oğlu Həsənov 1974-cü ildə Gəncə şəhərində doğulub. 1981-1991-ci illərdə Gəncə şəhəri 18 saylı orta məktəbində orta təhsil alıb, 1992-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Döyüşlər olduqca ağır keçsə də, onların hər birindən açıq alınla çıxan Məhərrəm döyüş yoldaşlarının dərin hörmətini qazanıb.
Məhərrəm 28 yanvar 1994-cü ildə Ağdərə rayonunun Akopkamari kəndində gedən ağır döyüşdə şəhadətə ucalıb.