16.9 C
Gence
16.9 C
Gence

Bu gün Fransa senatında ölkəmizə qarşı qətnamə səsverməyə qoyulacaq

Bu gün Bakı vaxtı ilə 17:30-da Fransa Senatında Azərbaycana qarşı irəli sürülən qətnaməyə baxılacaq. Bu layihədə ölkəmizə qarşı ittihamlar, Fransa hökumətinə və digər Avropa ölkələrinə “Azərbaycandan qaz və neft idxalına embarqo” qoyulmasına və Ermənistanın Fransa tərəfindən müasir silahla təmin edilməsinə dair çağırışlar əks olunub.

Bakı vaxtı ilə saat 13:00-da Senatın önündə Azərbaycan diasporu nümayəndələri aksiya keçirəcəklər. Saat 20:30-da isə erməni diasporu nümayəndələrinin dəstək aksiyasının keçirilməsi planlaşdırılır.

11 oktyabr tarixində həmyerlimiz Kubra ƏIəkbərova və ölkəmizin müxtəlif bölgələrindən olan daha 9 həmvətənimiz həmin qətnamənin qəbul edilməsinə qarşı petisiya hazırlayıb və Mesopinions.com saytında yerləşdirib.

Bir ay ərzində petisiya 125.000-dən çox səs toplayıb. Bu təşəbbüsü dünya azərbaycanlıları ilə birgə digər qardaş ölkələrin vətəndaşları da dəstəkləyiblər. Bir sıra xəbər portalları, blogerlər, tanınmış şəxslər petisiyanı imzalayaraq paylaşıb, yayılmasında yardım göstəriblər.

Həmvətənlərimiz Bakı, Moskva, Astana, Köln, Bişkek və Kişenyovda yerləşən Fransa səfirliklərinin və konsulluğunun önündə aksiyalar təşkil ediblər.

Biz də, hər bir vətəndaş kimi bu petisiyanı paylaşmağı özümüzə borc bildik.

PETİSİYANIN AZƏRBAYCAN DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN RUS DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN TÜRK DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN FARS DİLİNDƏ İMZALANMA QAYDASI

Səsimizi Avropada eşitdirmək üçün daha çox dəstəyə ehtiyacımız var. Biz birlikdə güclüyük! Öz səsinlə Azərbaycanı qoru!

 

Ən Çox Oxunan