25.8 C
Gence
25.8 C
Gence

Bu dəfə Gəncədə dəm qazından zəhərlənənən gənc qadın olub

Gəncədə gənc qadın dəm qazından zəhərlənib. Bu haqda 29 noyabr tarixində Apa.az-a istinadən məlumat veririk.

Hadisə şəhərin Dədə Qorqud küçəsində yerləşən yaşayış evlərinin birində qeydə alınıb. 24 yaşlı Aydan Quliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya qaldırılıb. Qadının vəziyyətinin kafi olduğu bildirilir.

Verilən məlumata görə, qadın dəm qazından zəhərlənib. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, son bir ay ərzində dəm qazından altı zəhərlənmə hadisəsi baş verib. Bir müddət öncə, bir ailənin yeddi, digərinin isə beş üzvünün zəhərlənməsi faktı qeydə alınmışdır.

 

Ən Çox Oxunan