16.4 C
Gence
16.4 C
Gence

İbtidai sinif müəllimlərinin sertifikasiyası üzrə imtahan təşkil olunub

Təhsil işçiləri üçün imtahan təşkil edilib. Bu haqda avqustun 30-u Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.

Adıçəkilən qurumun tabeliyində olan ümumtəhsil məktəblərinin müəllimləri təhsilverənlərin sertifikatlaşdırılması prosesində iştirak edirlər. İmtahanlar 2 mərkəzdə keçirilir.

Ümumillikdə 2031 nəfər ibtidai sinif müəlliminin sertifikasiya prosesində iştirak edəcəyi gözlənilir. Bunlardan 650 nəfər Gəncə şəhəri üzrə imtahanlarda iştirak edir.

Ən Çox Oxunan