Böyük Britaniyanın Azərbaycandakı səfiri Gəncə ilə bağlı paylaşım edib. Bu haqda 4 oktyabr tarixində Report-a istinadən məlumat veririk.
Fergus Auld tviter hesabında “Bu gün 44 günlük müharibə zamanı Gəncənin ilk raket hücumuna məruz qalmasından 2 il keçir” yazaraq paylaşım edib. Bundan başqa, o: “Biz bu faciənin günahsız qurbanlarını dərin hüznlə anıb, onların yaxınlarına başsağlığı diləyirik”, – deyə qeyd edib.
Qeyd edək ki, diplomat bu vəzifəni cari ilin avqust ayından icra etməyə başlayıb.