24.8 C
Gence
24.8 C
Gence

Britaniya səfiri Gəncəyə səfər edib

Böyük Britaniyanın səfiri 7 oktyabr tarixində Gəncədə məktəbi ziyarət edib. Bu haqda Gencexeber.az “Kəpəz” televiziyasına istinadən məlumat verir.

Ceyms Şarp Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli məktəbin şagirdləri ilə görüşüb. Onlar 2017-ci ildə yaradılmış İngilis dili resurs mərkəzinin fəaliyyəti ilə tanış olublar. Mərkəzin məqsədi 5-11-ci sinif şagirdlərinin interaktiv metodlarla ingilis dili bacarıqlarının artırılmasıdır.

Səfir qeyd edib ki, bu Azərbaycanda açılan 18-ci mərkəzdir. Layihə Britaniya Şurası ilə birgə həyata keçirilib.

Həmçinin, Gəncədə ingilis dili müəllimlərinin birliyi fəaliyyət göstərir. Bu birliyinin ofisi Bakı Slavyan universitetində yerləşir və ölkə üzrə 10 filialı var.

Səfirin sözlərinə görə, səfərin 2 məqsədi var. Birincisi, İngilis dili resurs mərkəzini ziyarət edib burada ingilis dilinin tədrisi ilə tanış olmaq, digəri isə Gəncədə keçirilən iqlim dəyişikliyi ilə bağlı konfransda iştirak etməkdir.

Qeyd edək ki, bu ilin iyun ayında Britaniya səfirliyində keçirilən yarışda gəncəli məktəblilər 2-ci yerə çıxmışdır. Onlar səfirlik tərəfindən hədiyyələrlə təltif olunmuşdurlar.

Ən Çox Oxunan