Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Bu haqda 6 fevral tarixində Report-a istinadən məlumat veririk.
İclasda bəzi dairə seçki komissiyalarının tərkiblərində dəyişikliklər edilib. 37 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsinin Dairə Seçki Komissiyasının (DSK) sədri Seymur Hüseynov vəfat etdiyi üçün həmin DSK-ya yeni üzv seçilib. DSK üzvlüyünə yeni namizəd Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov olub.
İclasın davamında cari məsələlər müzakirə edilib.