16.9 C
Gence
16.9 C
Gence

“BP” və ADAU arasında memorandum imzalanıb

Gəncədə universitet Britaniya şirkəti ilə əməkdaşlığa başlayır. Bu haqda 4 may tarixində ADAU-ya istinadən məlumat veririk.

“BP” şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib. Qonaqlar ilk növbədə universitetin Aqronomluq tədris korpusunda müasir laboratoriyalar və Baramaçılıq tədris mərkəzinə baş çəkiblər. Sonra onlar tələbə evlərində yaradılan müasir şəraitlə tanış olub, qapalı və açıq balıq yetişdirmə, həmçinin istixana komplekslərinə və Taxıl və paxlalı bitkilər laboratoriyasının təcrübə sahəsinə baxış keçiriblər.

Qeri Cons çıxışında ADAU ilə “BP” arasında imzalanacaq memorandumun mahiyyətindən danışaraq universitetin nəşriyyat potensialının və resurslarının inkişaf etdirilməsi, eləcə də ümumi elmi-tədqiqat infrastrukturunun təkmilləşdirilməsi planlarına dəstək məqsədilə bu iki təşkilat arasında sıx əməkdaşlıq üçün zəmin yaratdığını deyib.

“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva bildirib ki, bu gün “BP” öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları adından Gəncə universitetlərindən seçilmiş 70 müəllim üçün ingilis dili biliklərini təkmilləşdirməyə və innovativ tədris bacarıqlarını inkişaf etdirməyə yönəlmiş yeni təhsil layihəsinin başlanmasını elan edib.

Sonra “BP” ilə ADAU arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Ən Çox Oxunan