Gəncəli boksçu Azərbaycan çempionatında çıxışını dayandırıb. Bu haqda Gencexeber.az 21 oktyabr tarixində Boks Federasiyasına istinadən məlumat verir.
Boksçumuz Əlyar İbrahimov çempionatın 1/8 final mərhələsində Pərvin Heydərovla (“Qızıl əlcək” İK) üz-üzə gəlib. Görüş Heydərovun qələbəsi ilə başa çatıb.
Boks Mərkəzində keçirilən yarışa 38 komanda qatılıb.