25.5 C
Gence
17.5 C
Ganja

Boksçularımız millinin heyətində beynəlxalq yarışda iştirak edəcəklər

Gəncə boks məktəbinin yetirmələri beynəlxalq turnirdə iştirak edəcəklər. Bu haqda məlumatı iyunun 14-ü Apa-ya istinadən veririk.

İyunun 16-da Gürcüstanın Qori şəhərində Avropa və dünya çempionu Georgi Kandelakinin şərəfinə gənc boksçular arasında ənənəvi beynəlxalq turnir start götürəcək. 4 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Yığmamız Qoridəki turnirdə baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında 14 boksçu ilə təmsil olunacaq. Onların arasında müvafiq olaraq 92 və 57 kiloqram çəki dərəcələrində çıxış edən Gəncə boksçuları Səbuhi Əlizadə və Arif Bayramov yer alıblar.

Qoriyə bu gün yollanacaq boksçularımız iyunun 19-da qayıdacaqlar.