15.3 C
Gence
11.5 C
Ganja

Boksçularımız ölkə birinciliyindən medallarla dönüblər

Gəncəli boksçular yarışda iştirak ediblər. Bu haqda 8 noyabr tarixində Regional Gənclər və İdman idarəsinə istinadən xəbər veririk.

Gənc boksçular arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb. Müsabiqədə 59 komandada 227 boksçu mübarizə aparıb. Burada idmançılarımız yüksək nəticələr göstəriblər.

Boksçularımız İbrahim Zeynalov 63,5 kiloqram dərəcəsində I, Rauf Məmmədov isə 51 kiloqram çəki dərəcəsində II yerə layiq görülüblər. Onların məşqçiləri Məhəmməd Əliyev və Albert Qəribovdur.

Ən Çox Oxunan