Gəncədə birinci sinif şagirdlərinə çantalar bağışlanıb. Bu haqda Gencexeber.az-a 15 sentyabr tarixində məlumat daxil olub.
Bu gün, 15 sentyabr tarixində ölkədə Bilik Günü qeyd olunur. Yeni 2023-2024-cü tədris ili başlayıb. Gəncə şəhər 27 saylı tam orta məktəbdə sosial təşəbbüs baş tutub.
“Bizim Tarla” brendi məktəbin birinci sinif şagirdlərinə hədiyyələr bağışlayıb. Balacalara içərisində məktəb ləvazimatları, cem və mürəbbə olan məktəbli çantaları bağışlanıb.