10.3 C
Gence
10.3 C
Gence

“Bitnet” Tədris Mərkəzinin Gəncə filialı açılıb

Gəncədə yeni tibb kursu fəaliyyətə başlayıb. Bu haqda Gencexeber.az-a 1 dekabr tarixində məlumat daxil olub.

Bu gün, 1 dekabr tarixində “Bitnet” Tədris Mərkəzinin Gəncə filialının açılış mərasimi keçirilib. Burada hələlik yalnız tibb üzrə kurslar fəaliyyət göstərəcək.

Tədris mərkəzində tibb bacısı, tibb qardaşı və əczaçılıq üzrə təhsil almaq mümkündür. Burada artıq 10 nəfər qeydiyyatdan keçib və yeni dərs qrupu yaradılıb. Hazırda qeydiyyat davam edir. Dərslər Tibb Kollecinin müəllimləri tərəfindən tədris olunacaq.

Təhsil haqqı aylıq 50 manat təşkil edir, təcrübə isə ödənişsizdir. Kurs bitdikdən sonra tələbələr “Limon” və “Omega” apteklərdə təcrübə keçəcəklər. Fəal müdavimlər burada işlə təmin olunacaqlar.

Ətraflı məlumat üçün (055) 536 84 44 nömrəsi ilə əlaqə saxlamaq olar. Tədris Mərkəzi Şəddadilər küçəsində, 4 nömrəli tam orta məktəbin yanında yerləşir.

Ən Çox Oxunan