25.8 C
Gence
25.8 C
Gence

Birinci Uşaq İncəsənət Festivalı keçirilib

Gəncədə festival baş tutub. Bu haqda 19 aprel tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

Birinci Uşaq İncəsənət Festivalı Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Festival Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Burada 6-17 yaş arası uşaq və yeniyetmələr musiqi bacarıqlarını nümayiş etdiriblər.

Tədbirin keçirilməsində əsas məqsəd mədəniyyət sahəsində inkişafın təmin edilməsi, uşaqların vətənpərvərlik ruhunda, mədəniyyətə, incəsənətə, adət-ənənələrimizə bağlı tərbiyə olunmasıdır. Üç mərhələdən ibarət festivalda aidiyyəti müəssisələrində təhsil alanlar və həvəskar məşğul olanlar olmaqla iki kateqoriya üzrə çıxışlar edilib.

Yekunda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi edəcək.

Ən Çox Oxunan