13 C
Gence
13 C
Gence

Bir sıra mağaza və apteklərdə nöqsanlar tapılıb

Gəncədə Qida Təhlükəsizliyi Agentliyinin keçirdiyi monitorinqlər nəticəsində 4 obyektdə nöqsanlar aşkar edilib. Bu haqda 2 fevral tarixində AQTA-ya istinadən xəbər veririk.

Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması nöqsanları aşkar edilmiş müəssisələr aşağıdakılardır:

  • Vüsal Əhmədliyə məxsus İran məhsulları mağazası – Atatürk prospekti, 259;
  • Emin İbrahimova məxsus İran məhsulları mağazası – Tağı Arani küçəsi;
  • Qalib Rəhimova məxsus İran məhsulları mağazası – Tağı Arani küçəsi;
  • “Zeytun” apteki – Nizami küçəsi, 36.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Ən Çox Oxunan