Gəncədə bir sıra məktəblərdə yoxlamalar aparılıb. Bu haqda 13 aprel tarixində AQTA-ya istinadən məlumat veririk.
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri reydlər keçiriblər. Nəticədə bir sıra təhsil müəssisələrinin qida blokunda nöqsanlar tapılıb. Həmin təhsil ocaqlarının siyahısı aşağıdakı kimidir:
- Fizika, Riyaziyyat, İnformatika Təmayüllü Lisey;
- 4 nömrəli Xarici Dil Təmayüllü Məktəb-Lisey;
- 5 nömrəli tam orta məktəb;
- 16 nömrəli tam orta məktəb;
- 17 nömrəli tam orta məktəb;
- 21 nömrəli tam orta məktəb;
- 26 nömrəli məktəb-lisey;
- 39 nömrəli tam orta məktəb;
- 44 nömrəli orta məktəb-lisey;
- İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya;
- İnternat tipli Xarici Dillər Təmayüllü Gimnaziya.
Qida sahəsində texniki-normativ-hüquqi aktların tələblərinin pozulması halları aşkar edilən məktəbin vəzifəli şəxsləri barəsində inzibati cərimə tətbiq edilib və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.