22.5 C
Gence
22.5 C
Gence

Bir sıra lisey və gimnaziyalara ərizə qəbulu start götürüb

Gəncədə lisey və gimnaziyalara şagird qəbulu başlayıb. Bu haqda 12 may tarixində Elm və Təhsil Nazirliyinə istinadən məlumat veririk.

Mayın 12-dən 2023-2024-cü tədris ili üzrə bir sıra lisey və gimnaziyalara şagird qəbuluna start verilir. Ərizə qəbulu https://sy.edu.az portalı üzərindən həyata keçiriləcək. Proses 6 iyun tarixinədək davam edəcək. Şəhərimizdə dövlət hesabına yataqxana və yeməkxana ilə təmin olunan lisey və gimnaziyalar aşağıdakılardır:

  • Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
  • Xarici dillər təmayüllü gimnaziya.

Valideynlər portal üzərindən şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidirlər. Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala uyğun olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyanın seçimini aparmalıdırlar.

İmtahan zamanı şagirdlərə tədris dili və riyaziyyat fənləri üzrə tapşırıqlar təqdim ediləcək.

Lisey və gimnaziyalara siniflər üzrə şagird qəbulu aşağıdakı tarixlərdə aparılacaq:

  • 16 iyun 2023-cü il tarixində VII və VIII siniflərə qəbul (hazırda VI və VII sinifdə təhsil alanlar üçün);
  • 17 iyun 2023-cü il tarixində VI siniflərə qəbul (hazırda V sinifdə təhsil alanlar üçün);
  • 18 iyun 2023-cü il tarixində V siniflərə qəbul (hazırda IV sinifdə təhsil alanlar üçün).

Ən Çox Oxunan