Gəncədə mükafatlandırma mərasimi keçirilib. Bu haqda 26 may tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan, “Ən yaxşı təqdimat” müsabiqəsi, Respublika fənn olimpiadası, “Nə? Harada? Nə zaman?” intellektual yarışında müxtəlif yerlərə layiq görülən təhsilverən və şagirdlərlə görüş baş tutub. Mükafatlandırma mərasiminə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, ictimaiyyət nümayəndələri, məktəb direktorları qatılıblar.
Tədbirdə şagirdlər müxtəlif kompozisiyalarla çıxış ediblər. Daha sonra müxtəlif müsabiqə və yarışlarda müvafiq yerlərə layiq görülən təhsilverən və təhsilalanların mükafatlandırma mərasimi keçirilib.