10.3 C
Gence
10.3 C
Gence

Bir neçə evdən 30 min manat dəyərində oğurluq edilib

Gəncə şəhər sakini 30 min manat dəyərində oğurluqlar etməkdə şübhəli bilinir. Bu haqda Gencexeber.az 17 oktyabr tarixində DİN-ə istinadən məlumat verir.

Belə ki, saxlanılan B. Sadıqov Şəmkir rayonunun Qədim Qala kəndindəki evlərin birindən 50 manat pul və 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinir.

Onun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində F.Torçiyevlə birgə digər evdən 12.000 manat pul, daha bir evdən isə 143 manat pul, 500 manat dəyərində qızıl-zinət əşyaları və içərisində bank kartı olan cüzdan oğurlamaqda da şübhəli bilinib.

Bundan əlavə, Sadıqovun X.Qarayev və E.Zeynalovla birgə daha bir evdən 136 ədəd özəlləşdirmə çeki, digər evdən 30 manat pul oğurlaması da müəyyən olunub.

F.Torçiyev, X.Qarayev və E.Zeynalov da saxlanılıblar.

Araşdırma aparılır.

Ən Çox Oxunan