25.8 C
Gence
25.8 C
Gence

“Bir ümid də siz olun” adlı aksiya keçiriləcək

Gəncədə qanvermə aksiyası keçiriləcəkdir. Bu haqda Gencexeber.az 1 noyabr tarixində “ASAN Könüllüləri”nə istinadən məlumat verir.

“Bir ümid də siz olun” adlı 2-ci qanvermə aksiyası “Zəfər Günü”nə həsr olunub. Qan verərək həyat bəxş etmək istəyən vətəndaşlar 4 noyabr tarixində “ASAN xidmət” mərkəzinə yaxınlaşa bilərlər.

Aksiyanın keçirilməsində məqsəd Vətən müharibəsində ərazi bütövlüyümüz, eləcə də bizim əmin-amanlığımız uğrunda qan tökmüş şəhidlərimizin müqəddəs xatirəsini əbədi yaşatmaqdır.

Ən Çox Oxunan