14.7 C
Gence
14.7 C
Gence

Bir maşından 81 mobil telefon oğurlanıb

Gəncədə oğurluq hadisəsi baş verib. Bu haqda 29 sentyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat veririk.

Şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib. Nəticədə şəhər sakini O.Hüseynov saxlanılıb. O, “Chevrolet” markalı avtomobildən ümumi dəyəri 15.000 manat olan 81 mobil telefon oğurlamaqda şübhəli bilinir. Cinayətdə əli olan daha 3 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan