Gəncədə oğurluq hadisəsi baş verib. Bu haqda 18 noyabr tarixində DİN-ə istinadən məlumat veririk.
Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə şəhər sakini olan qadın saxlanılıb. O, fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq, oradan 6 min ABŞ dolları nağd pul və ümumi dəyəri 40 min manat olan qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinir.
Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən şübhəli şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı İstintaq və Təhqiqat İdarəsində araşdırmalar aparılır.