Gəncədə bir ailənin 3 üzvünün bıçaqlanmasının təfərrüatları bəlli olub. Bu haqda məlumatı iyunun 6-sı Report-a istinadən veririk.
Mayın 5-i Samux rayon sakini Namiq Məmmədov, İmişli rayon sakinləri Şəfaət İslamlı və onun həyat yoldaşı R. İslamlı kəsici-deşici alətlə daxilə keçən müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini Rüfət Həsənzadə saxlanılıb.
Araşdırma zamanı müəyyən olunub ki, toy məclisində iştirak edən adıçəkilən şəxslərin arasında musiqi sifarişinə görə mübahisə yaranıb. Rüfət Həsənzadə Namiq Məmmədova və onları ayırmağa çalışan bacısı və qadının həyat yoldaşına çoxsaylı bıçaq zərbələri yetirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.