14.1 C
Gence
11.5 C
Ganja

Bir ailənin dörd üzvü zəhərlənib

Gəncədə zəhərlənmə hadisəsi baş verib. Bu haqda 13 noyabr tarixində Apa-ya istinadən məlumat veririk.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Yaşayış binalarının birindəki mənzildə 69 yaşlı M.Qurbanova, 36 yaşlı Ş.Qurbanova, 15 yaşlı V.Qurbanov və 13 yaşlı A.Qurbanov zəhərləniblər.

Onlar xəstəxanaya yerləşdiriliblər. Ailəyə yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Bildirilib ki, hadisəyə səbəb dəm qazı olub.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan