12.5 C
Gence
10.5 C
Ganja

Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının nümayəndələri Nizami yurduna gəliblər

Gəncədə Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının nümayəndələri ilə görüş keçirilib. Bu haqda 30 avqust tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının baş katibi Villi Qrill və rəhbərlik etdiyi nümayəndə heyəti Nizami yurduna səfər ediblər. Niyazi Bayramov qonaqlarla hazırda inşası davam edən Gəncə İdman Sarayında görüşüb.

Şəhər rəhbəri rəsmilərə idman sarayı haqda məlumat verib. O bildirib ki, 2025-ci ildə MDB ölkələrinin III oyunları burada baş tutacaq.

Villi Qrill səmimi görüş üçün təşəkkür edib və idman sarayının bütün beynəlxalq standartlara cavab verdiyini söyləyib. Görüşdə atıcılıq üzrə Avropa çempionatının Gəncə İdman Sarayında təşkil edilməsi ətrafında müzakirələr aparılıb.

Ən Çox Oxunan