14.1 C
Gence
11.5 C
Ganja

Beş torpaq sahəsi satışa çıxarılır

Gəncədə torpaq sahələri müsabiqəyə qoyulur. Bu haqda 9 noyabr tarixində Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat veririk.

Kəpəz Bələdiyyəsi tərəfindən fərdi yaşayış evlərinin tikintisi və sahibkarlıq məqsədilə aşağıda qeyd edilən sahələrə malik torpaqlar satışa çıxarılacaq:

  • 50 kvadratmetr (sahibkarlıq üçün);
  • 207 kvadratmetr (fərdi yaşayış evi);
  • 389 kvadratmetr (fərdi yaşayış evi);
  • 398 kvadratmetr (fərdi yaşayış evi);
  • 400 kvadratmetr (fərdi yaşayış evi).

Müsabiqələr 14 dekabr saat 15:00-da keçiriləcək. Ərizələr 13 noyabr – 12 dekabr tarixlərində qəbul edilir. Ətraflı məlumatı link-ə keçid edərək əldə etmək olar.

Müsabiqə Heydər Əliyev meydanında yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsində keçiriləcək. Əlaqə üçün (022) 256 87 57 nömrəsi qeyd olunub.

Ən Çox Oxunan