Gəncədə binada tüstüləmə olub. Bu haqda 2 noyabr tarixində Report-a istinadən məlumat veririk.
Hadisə şəhərin 3-cü mikrorayon ərazisində yerləşən 18-ci binanın zirzəmisində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Sakinlər təxliyə ediliblər. Tüstülənmənin qarşısı alınıb.
Bildirilir ki, hadisə ilə bağlı yaşayış binasında elektrik enerjisinin verilməsi dayandırılıb.
Faktla bağlı araşdırma aparılır.