16.4 C
Gence
16.4 C
Gence

Beş ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb

Gəncədə bir sıra restoran və kafelərdə qayda pozuntuları üzə çıxıb. Bu haqda 30 mart tarixində AQTA-ya istinadən məlumat veririk.

AQTA-nın müfəttişləri ictimai iaşə müəssisələrinə baxış keçiriblər. Yoxlama nəticəsində nöqsanlar aşkar edilən obyektlər aşağıdakılardır:

  • C.Cabbarlı küçəsi, 13 ünvanında “Kristal” kafesi;
  • H.Ə.Hüseynzadə küçəsi, 1 ünvanında “Fərman” kafesi;
  • A.Səhhət küçəsi, 1A ünvanında “Zümrüd” restoranı;
  • Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində “Milli Süfrə” restoranı;
  • N.Nərimanov prospekti, döngə 7, ev 29 ünvanında “Eden” restoranı.

Adıçəkilən müəssisələrdə baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu faktı aşkarlanıb. Nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Ən Çox Oxunan