Gəncədə azyaşlı dünyasını dəyişib. Bu haqda 17 aprel tarixində Apa-ya istinadən məlumat veririk.
Beş aylıq M.Məmmədova valideynləri tərəfindən xəstəxanaya yerləşdirilib. Uşağa dərhal ilkin tibbi yardım göstərilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlı qız xəstəxanada ölüb.
İlkin məlumata görə, uşaq xəstəxanaya qızdırma ilə gətirilib. Bundan başqa, onun qan xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.