27.5 C
Gence
27.5 C
Gence

Balakəndə Gəncə şəhər sakini tutulub

Balakənə pirotexniki vasitələri satmağa gələn Gəncə şəhər sakini tutulub. Bu haqda dekabrın 25-i Report-a istinadən məlumat veririk.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları Gəncə sakini Şahin Şahgəldiyev və Ağdam şəhər sakini Zeynalabdin Abbasovu saxlayıblar. “Daewoo” markalı avtomobilə keçirilən baxış zamanı külli miqdarda pirotexniki vasitə aşkar olunaraq götürülüb.

Mingəçevir şəhərində yaşayan hər iki şəxs Balakənə pirotexniki vasitələri satmaq məqsədilə gəldiklərini bildiriblər.

Tutulan şəxslər barəsində protokol tərtib edilib və rayon məhkəməsinə göndərilib.

Ən Çox Oxunan