Gəncə şəhər M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin şagirdi idman yarışında fərqlənib. Bu haqda məlumatı bu gün, 4 yanvar tarixində məktəb Facebook səhifəsində paylaşıb.
Təhsil müəssisəsinin 4-cü sinif şagirdi Ağahüseyn Vəliyev Bakıda keçirilən kikboksinq idman növü üzrə Şimal İdman Klubunun birinciliyində 1-ci yerə layiq görülüb.
Qeyd edək ki, yarış 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuşdur.

