Gəncədə oğurluq hadisəsi baş verib. Bu haqda 8 aprel tarixində Report-a istinadən məlumat veririk.
3-cü Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş Bakı şəhər sakini İlkin İbrahimov saxlanılıb. O, şəhər ərazisindəki qəbiristanlıqlardan birində gecə saatlarında metal güldanları oğurlamaq istəyən zaman tutulub.
Keçmiş məhkum maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. O, törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırmalar aparılır.