Gəncədə “Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır” devizi altında bu gün, 15 sentyabr saat 10:00-da hərbi orkestrın müşayiəti ilə hərbi qulluqçuların yürüşü keçiriləcək. Bu haqda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi səhifəsində məlumat yerləşdirilib.
Yürüş Bakının işğaldan azad edilməsinin 103-cü il dönümü münasibətilə keçirilir.
Qeyd edək ki, respublikanın Bakı, Sumqayıt, Şuşa və Naxçıvan şəhərlərində də yürüşlər keçiriləcək.
1918-ci il sentyabrın 14-də Qafqaz İslam Ordusu Bakı üzərinə hücuma başlamışdı. Sentyabrın 15-də döyüşlər uzun sürməmişdi. Həmin gün Sentrokaspi Diktaturası məğlub oldu. Bakının azad olunması üçün Türk-Azərbaycan qüvvələrinin apardıqları iki günlük əməliyyat parlaq qələbə ilə başa çatdırıldı.