21.4 C
Gence
21.4 C
Gence

Bakı-Gəncə istiqamətində hərəkət edən avtobusların sayı artırılıb

Respublikanın ikinci ən böyük şəhəri olan Gəncəyə sərnişin axınına görə sıxlıq müşahidə olunacağı ehtimal edilir.

Tədris ilinin başlanması ilə əlaqədar avtobusların sayının artırılması qərarı alınıb. Əlavə olaraq gecə reysləri ilə Gəncəyə və əks istiqamətə səfər edə bilərsiniz.

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, heç bir avtovağzalda sərnişinlərdən COVID-19 pasportu tələb olunmur. Lakin avtobusa daxil olarkən, koronavirusun ilkin əlamətlərinin yoxlanmasına dair tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki, mayın 31-dən ölkədə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti tam bərpa olunsada, məhdud sayda avtobus xidmət göstərirdi.

Ən Çox Oxunan