22.5 C
Gence
22.5 C
Gence

Bakı Dövlət Sirki Nizami yurduna gəlir

Gəncədə balacaların marağına səbəb olacaq sirk təqdim olunacaq. Bu haqda 15 aprel tarixində xəbər veririk.

Bakı Dövlət Sirki Allahverdi İsrafilovun təqdimatında beynəlxalq “DZİVA” sirk şousu ilə Gəncəyə gəlir. Son 20 ilin ən möhtəşəm proqramı olan “DZİVA” may ayının 4-dən 9-a kimi Gəncə idman Olimpiya kompleksində Gəncə tarixinin ən möhtəşəm sirk şousunu təqdim edəcək.

Proqramda Monte-Karlo festivalı iştirakçıları və digər dünya festivallarının səhnəsini fəth etmiş müxtəlif ölkələrin peşəkar sirk artistləri çıxış edəcəklər. Tədbirin süjet xəttinin əsasını təlimçi Rostislav Qavrilovun şir və pələnglərinin unikal və bənzərsiz çıxışları təşkil edəcək.

Biletləri Gəncə şəhərinin bütün kassalarından və iTicket.az saytından onlayn əldə edə bilərsiniz. Biletlərin qiyməti 7-27 manat aralığında dəyişir.

Ən Çox Oxunan