5.8 C
Gence
5.8 C
Gence

Bahar Muradova Gəncədə vətəndaşları qəbul edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Gəncə şəhərində vətəndaşları qəbul edib. Bu haqda Gencexeber.az 27 oktyabr tarixində komitəyə istinadən məlumat verir.

Görüş Gəncə şəhər Heydər Əliyev Mərkəzində baş tutub. Komitənin sədri Bahar Muradova tərəfindən Gəncə şəhəri, Samux və Kəlbəcər rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılıb.

Qəbul zamanı alimentin təyin olunması, uşaqların dövlət müəssisəsinə yerləşdirilməsi, işlə təmin olunma, sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, nikaha xitam verildikdən sonra uşaqlarla ünsiyyətin qurulması və bir sıra digər məsələlər müzakirə edilib.

 

Ən Çox Oxunan