Gəncəli məşqçi Nizami yurdunu təmsil edib. Bu haqda 25 aprel tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat veririk.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş aykido üzrə Beynəlxalq seminar təşkil olunub. Təlim 7-ci dan qara kəmər ustası Nebi Vural tərəfindən keçirilib. Burada Azərbaycan Avrasiya Aykido ve Budo mərkəzinin Gəncə regional şöbəsi rəhbəri Ramin Yusifov Gəncə şəhərini layiqincə təmsil edib.
Yusifov seminarda müvafiq sertifikatla təltif olunub.