Gəncədə bəzi tibb işçiləri üçün imtahan keçirilib. Bu haqda 31 mart tarixində şəhər Birləşmiş Xəstəxanasına istinadən məlumat veririk.
Böyük və baş tibb bacılarının bilik və bacarıqlarını dəyərləndirmək üçün test monitorinqi Şəhər Birləşmiş Xəstəxanasında təşkil olunub. İmtahan nəticələrinə əsasən, tibb bacılarının hansı mövzuda inkişafa ehtiyacı olduğu müəyyənləşəcək və onların bilik səviyyəsinin yüksəldilməsi üçün yaxın gələcəkdə təlimlər təşkil ediləcək.