10.3 C
Gence
10.3 C
Gence

Böyük Britaniyanın səfiri Fergus Auld şəhərimizin qonağı olub

Böyük Britaniyanın səfiri Gəncəyə gəlib. Bu barədə səfirin Twitter hesabına istinadən məlumat veririk.

Fergus Auld şəhərimizə səfəri ilə bağlı paylaşımlar edib. Onların birində səfir “Ay lələ! İlk dəfə Gəncəyə gələndə Azərbaycana yeni gələn tələbə idim. İndi mən Britaniya səfiri və Azərbaycanın dostu kimi qayıdıram”, – deyə yazıb.

Daha bir paylaşımda o, buradakı ailəsi və müəllimləri ilə görüşdüyünü qeyd edib. Tvitdə “Hamınızın qadasın alım. Baxın kiminlə görüşdüm! Azərbaycanlı ailəm və müəllimlərim. Onların sayəsində mən Azərbaycan dilini öyrəndim və sevdim”, – deyə bildirib.

Xatırladaq ki, bir müddət öncə Böyük Britaniya səfiri Fergus Auldun dilimizi Gəncədə öyrənməsi barədə məlumat vermişdik.

Ən Çox Oxunan