25.5 C
Gence
17.5 C
Ganja

Bələdiyyələrin siyahısında dəyişiklik olunub

Nizami və Kəpəz rayonlarının ləğvi ilə əlaqədar bir sıra dəyişikliklər edilir. Bu haqda məlumatı sentyabrın 30-da Qafqazinfo-ya istinadən veririk.

Gəncə şəhərinin inzibati ərazisində Nizami və Kəpəz rayonları ləğv edilib. Bununla əlaqədar həmin rayonların bələdiyyələrinin siyahısında dəyişiklik edilib. Bu haqda “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsində qeyd olunub.

Belə ki, ləğv edilmiş Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri, eləcə də Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4 nömrəli sahə inzibati ərazi dairələri hesab edilib.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisdə müzakirələrdən sonra qəbul olunub.