19.7 C
Gence
18.5 C
Ganja

“Azərsu” ASC vətəndaşlarla görüş təşkil edib

“Azərsu” ASC-nin sədr müavini Gəncədə vətəndaşlarla görüşüb. Bu haqda məlumatı Gəncə Heydər Əliyev Mərkəzi və Park-Kompleksi aprelin 14-ü paylaşıb.

Tədbir adıçəkilən kompleksdə keçirilib. Köçərli Həsənov Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarından olan 64 nəfəri qəbul edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və kanalizasiya xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub.

Həsənov məlumatların qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub.