19.7 C
Gence
18.5 C
Ganja

“Azərsu” ASC-nın sədr müavini Gəncəyə səfər edib

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Gəncədə olub. Bu haqda Gencexeber.az 26 oktyabr tarixində İH-yə istinadən xəbər verir.

Səfər çərçivəsində E. Məmmədov icra başçısı Niyazi Bayramovla görüşüb və onlar birgə “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində şəhərin Təbriz küçəsində aparılan işlərlə tanış olublar. Sözügedən küçədə içməli su xətlərinin çəkilməsi üzrə 4, çirkab su xətlərinin çəkilməsi üzrə 2 briqada çalışır. İçməli su və çirkab su xətləri sistemlərinin yenidən qurulmasını hədəfləyən layihənin icrası, həmçinin Pərviz Səmədov və Şota Rustaveli küçələrində də həyata keçirilir.

Görülən işlərlə yerində tanış olan rəsmilər aidiyyəti üzrə tapşırıq və tövsiyələrini veriblər.