Gəncədə açılış mərasimi keçirilib. Bu haqda 18 avqust tarixində Marja-ya istinadən məlumat veririk.
“Azərsığorta”nın yeni konsepsiyaya uyğun transformasiya olunan filialının açılışı olub. Burada vətəndaşlara yüksək xidmət göstərmək üçün zəruri olan bütün imkanlar yaradılıb. Gəncə ilə yanaşı, ətraf rayon və şəhərlərdə yaşayan əhali də bu filiala yaxınlaşaraq, şirkətin təklif etdiyi bütün növ sığorta xidmətlərindən istifadə edə biləcək.
Açılış mərasimində “Azərsığorta”nın İdarə Heyəti sədrinin müşaviri Ceyhun Qurbanlı və bir çox nümayəndə heyətləri iştirak ediblər.
Qeyd edək ki, filial Heydər Əliyev prospekti, 325 ünvanında yerləşir.