Gəncə Cihazqayırma Zavodu və Azəriqaz İB arasında 4 noyabr tarixində memorandum imzalanıb. Bu haqda İstehsalat Birliyi məlumat paylaşıb.
Anlaşmanı Azəriqazın baş direktoru Ruslan Əliyev və zavodun icraçı direktoru Ayət Bağırov imzalayıblar.
Sənədə əsasən, səhmdar cəmiyyət G-4T və G-2,5T məişət tipli mexaniki qaz sayğaclarına olan tələbatı yerli istehsalçının ödəməsinin hüquqi bazasını təmin edəcək. Tədbirdə bildirilib ki, əməkdaşlıq SOCAR-ın idxaldan asılılığını azaldacaq, xarici valyutanın ölkədən kənara çıxmasının qarşısını alacaq, şəffaflığı təmin edəcək, fəaliyyət sahəsi üzrə xərclərin optimallaşdırılmasına və gəlirlərin artırılmasına şərait yaradacaq.