Gəncədə şirkətlərdən biri istehsal müəssisəsini məhkəməyə verib. Bu haqda 13 noyabr tarixində Fed.az-a istinadən məlumat veririk.
“Gəncə Naftalan Sağlamlıq Mərkəzi” “Azəriqaz” İB-ni məhkəməyə verib. Bildirilir ki, iş mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklərdən qaynaqlanan mübahisələr üzrə qaldırılıb.
İddiaya Gəncə Kommersiya Məhkəməsində baxılır. Məhkəmə prosesinə Kənan Vəliyev hakimlik edir.