Gəncədə oğurluq hadisəsi baş verib. Bu haqda 5 aprel tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə “Azərişıq” ASC-yə məxsus 10/04 kv-luq yarımstansiyada olub. Belə ki, buradan ümumi dəyəri 20 min manata yaxın vakuum açarları oğurlanıb. Hadisəni kimin törətdiyi hələlik məlum deyil.
Məsələ ilə bağlı qurum polisə müraciət edib. Faktla bağlı araşdırma aparılır.