25.4 C
Gence
18.5 C
Ganja

Azərbaycanlılar Fransa Senatının önündə etiraz aksiyası keçirirlər – VİDEO

Həmyerlimiz Kubra Ələkbərovanın həmmüəllifi olduğu petisiyaya dəstək məqsədilə Azərbaycan diasporunun nümayəndələri Fransa Senatının qarşısında aksiya keçirirlər. Bu haqda Gencexeber.az 15 noyabr tarixində AZfront-a istinadən məlumat verir.

Aksiyanın keçirilməsində əsas məqsəd anti-Azərbaycan qətnaməsinin qəbuluna qarşı etiraz etməkdir. Aksiya zamanı diasporumuzun üzvləri Fransa Senatında Azərbaycana ədalət tələb edirlər.

Nümayəndələrimiz “Biz ədalət istəyirik!”, “Fransa, neytral ol!”, “Senat, ədalətli ol!”, “Fransa, ədalətli, düzgün ol!” və başqa şüarlar səsləndirirlər.

Əraziyə polis əməkdaşları cəlb olunublar.

#BizAzərbaycanlıyıq, #AzərbaycanıQoruyaq