24.1 C
Gence
24.1 C
Gence

Azərbaycanlı diplomat Ramiz Abutalıbov vəfat edib

Azərbaycanlı alim 84 yaşında vəfat edib. Bu haqda 2 yanvar tarixində Azərtac-a istinadən məlumat veririk.

Tanınmış Azərbaycan diplomatı Ramiz Abutalıbov 1 yanvar tarixində dünyasını dəyişib. O, Moskvada vəfat edib.

İctimai xadim, Azərbaycan emiqrasiyası tarixinin araşdırıcısı Abutalıbov 1937-ci ildə Gəncədə anadan olub. O, 1989-cu ildə Parisdə “Azərbaycan evi” assosiasiyasının yaradıcılarından biri olub.

Diplomat aşağıdakı medallarla təltif olunmuşdur:

  • H.Z. Tağıyev adına Milli mükafat laureatı (Bakı, 1994)
  • Fransanın Fəxri Legion ordeni (Paris, 1998-ci il)
  • “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalı
  • “Puşkin” medalı (Moskva, 2010-cu il)
  • Cümhuriyyət tarixinin sənədli kinoda işıqlandırılması işinde xidmətlərinə görə Azərbaycan Kinomatoqrafçılar İttifaqının mükafatı (Bakı, 2018)
  • “AXC-nin 100 illiyi” medalı (Bakı, 2019-cu il).

Ən Çox Oxunan