5.8 C
Gence
5.8 C
Gence

Azərbaycan və Türkiyədən olan iş adamları görüşüb

“Gəncə İş Adamları” İctimai Birliyinin üzvləri Türkiyənin Gəncədəki Baş konsulluğunda keçirilən tədbirdə iştirak ediblər. Bu haqda 22 aprel tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Tədbirdə GİA üzvləri Türkiyənin Gəncədəki Ticarət Attaşesi görüşüb. Burada icra başçısının müavini Adil Tağıyev də iştirak edib. Görüşdə şəhərin iqtisadi potensialından danışılıb. Qeyd olunub ki, buraya investorların cəlb edilməsi şəhərin iqtisadiyyatının dinamik inkişafına, yeni iş yerlərinin yaradılmasına təkan olacaq. Tədbirdə Azərbaycan və Türkiyə iş adamları arasında mövcud olan və qurula biləcək əlaqələrdən də söz açılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsindən foto
Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsindən foto

 

Ən Çox Oxunan